Bölgələrdə Beynəlxalq Muzeylər Günü münasibətilə müsabiqələr

 

 

Şəkidə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən “Tarixi abidələr uşaqların gözü ilə” adlı rəsm və “Nə üçün tarixi abidələrimizi qorumalıyıq” mövzusunda inşa yazı müsabiqələrinə yekun vurulub.

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki XVIII əsrə aid tarixi abidə olan “Şəki xanlarının evinin həyətində qaliblərin mükafatlandırılması mərasimi olub. Məlumat verilib ki, rəsm müsabiqəsinə Şəki şəhər 1 saylı Uşaq incəsənət məktəbində təhsil alan şagirdlərin 15 rəsmi təqdim olunub. İnşa yazı müsabiqəsində rayonun ümumtəhsil məktəblərində təhsil alan 20 şagird iştirak edib.

* * *

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin Rəssamlıq şöbəsi əlamətdar gün münasibətilə S.Ə.Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyində “Muzeylər və Nəsimi irsi” adlı müsabiqə keçirib.

Müsabiqə iştirakçıları XIX əsrə aid eksponatın rəsmini çəkiblər. Münsiflərin dəyərləndirməsindən sonra birinci, ikinciüçüncü yerlərə layiq görülmüş iştirakçılar diplomlarla təltif olunublar.

Sonda Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Mirzəyev çıxış edərək Beynəlxalq Muzeylər Günü barədə məlumat verib, müsabiqənin qaliblərini təbrik edib.

 

Mədəniyyət.- 2019.- 22 may.- S.3.