Nazirliyin sektor müdiri Mənzərxanım Nurəliyeva təltif
olunub
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, nazirliyin Həmkarlar ittifaqı komitəsinin sədri Mənzərxanım Nurəliyeva “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Yubiley medalını Mənzərxanım
Nurəliyevaya mədəniyyət naziri
Əbülfəs Qarayev təqdim edib və ona gələcək
fəaliyyətində yeni uğurlar
arzulayıb.
Mədəniyyət.- 2019.- 22 may.-
S.3.