Zurab SereteliDostluqordeninə layiq görülüb

 

 

Prezident İlham Əliyevin mayın 20-də imzaladığı sərəncama əsasən məşhur heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı Zurab Konstantinoviç SereteliDostluqordeni ilə təltif edilib.

Sənətkar Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə dövlət təltifinə layiq görülüb.

Qeyd edək ki, mayın 22-də Heydər Əliyev Mərkəzində Zurab SeretelininMümkün ölçülər” adlı sərgisi açılacaq.

 

Mədəniyyət.- 2019.- 22 may.- S.2.