BMA-da gənc musiqiçilərin festivalı başa çatıb

 

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında görkəmli bəstəkar, SSRİ Xalq artisti, Soltan Hacıbəyovun 100 onun oğlu bəstəkar, pedaqoq İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuşGənc musiqiçilərin respublika festivalı”na yekun vurulub.

Festivalda 16 şəhər rayondan 160-a qədər gənc musiqiçi iştirak edib. Onlar üç yaş qrupu iki nominasiya – fortepiano vokal üzrə çıxış ediblər.

Akademiyanın rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı adına layiq görülüb. İştirakçılardan 39 nəfəri diplomant adını qazanıb.

Tədbirdə BMA-nın məktəb-studiyasının Uşaq musiqi teatrının təqdimatında Soltan Hacıbəyovun “İsgəndər və çoban” operasının yeni versiyasının tamaşası nümayiş olunub. Sonda festival laureatlarının ifası dinlənilib.

 

Mədəniyyət.- 2019.- 24 may.- S.2.