Uşaq musiqi məktəblərinin
birgə konserti
Hacıqabulda Sabirabad Regional Mədəniyyət
İdarəsinin tabeliyində
fəaliyyət göstərən
Hacıqabul şəhər
və Saatlı şəhər Bülbül
adına uşaq musiqi məktəblərinin birgə
konserti keçirilib.
Şəhər Folklor klubunda təşkil olunan konsertdən öncə Hacıqabul şəhər
Uşaq musiqi məktəbinin direktoru Rahib Məmmədov və Sabirabad Regional Mədəniyyət İdarəsinin
əməkdaşı Elnur
Əmiraslanov bu cür tədbirlərin əhəmiyyətindən bəhs
edərək kollektivlərə
uğurlar arzulayıblar.
Sonra hər iki
məktəbin şagirdlərinin ifasında Azərbaycan və
xarici ölkə
bəstəkarlarının əsərləri səslənib.
Mədəniyyət.- 2019.- 24 may.-
S.5.