Paytaxtda və
regionlarda “Oxu bayramları”
Ulu öndər
Heydər Əliyevin anadan olmasının
96-cı ildönümü münasibətilə şəhər
və rayonlarda oxucular arasında “Oxu bayramı” müsabiqəsi keçirilir. Müsabiqənin məqsədi mütaliə
vərdişlərini inkişaf
etdirmək, kitaba, mütaliəyə marağı
artırmaqdır.
Yasamal rayon Heydər
Əliyev Mərkəzində
Mədəniyyət Nazirliyinin
təşəbbüsü, Bakı Şəhər Mədəniyyət Baş
İdarəsinin təşkilatçılığı
ilə keçirilən
müsabiqənin qaliblərinin
təltifolunma mərasimi
olub. Müsabiqədə Bakı Şəhər
Mədəniyyət Baş
İdarəsinin tabeliyində
olan kitabxanaların müxtəlif yaş qruplarından olan oxucuları iştirak edib.
Fərqlənənlərə diplom, pul mükafatı,
fəxri fərman və hədiyyələr
təqdim edilib. Mirzə
Şəfi Vazeh adına Yasamal
rayon Mərkəzi kitabxanasının
fəxri oxucusu, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy birinci yerə layiq görülüb.
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən mədəni-kütləvi tədbirlərdə,
eyni zamanda “Oxu bayramı” müsabiqəsinin təşkilində
fəal iştirakına
görə 189-190 nömrəli
tam orta məktəbin
və 49 nömrəli
“İntellekt” məktəb-liseyin
şagirdləri də
fəxri fərman və hədiyyələrlə
mükafatlandırılıb.
* * *
Quba şəhərində Xaçmaz
Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı
ilə “Oxu bayramı” keçirildi.
Tədbirdə idarənin rəisi
Nazim Ağayev, rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin
Əliyev çıxış
ediblər.
Tədbirdə 175 adda 600-dən artıq kitab, kitabxanaya yeni daxil olmuş
nəşrlər nümayiş
olunub.
Sonda “Oxu bayramı” müsabiqəsinin qalibləri mükafat,
fəxri fərman və müxtəlif hədiyyələrlə təltif
olunublar.
* * *
Qusarda təşkil olunan “Oxu bayramı”nda da kitabxanaların fəal oxucuları mükafatlandırılıb. Doqquz fəal oxucuya mükafat verilib. Nəriman
Nərimanov adına parkda açıq havada təşkil olunan mərasimdə
3 mindən çox kitab
nümayiş etdirilib.
Mədəniyyət.- 2019.- 24 may.-
S.4.