Türk dünyasının şairləri və rəssamları şəhərində görüşür

 

 

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olanTürk dünyası şairlər görüşü” və “Türk dünyası rəssamlar görüşübu il Qırğızıstanın şəhərində keçirilir.

2019-cu ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan şəhəri ilk olaraq müxtəlif ölkələrdən şairləri qəbul edib.

Mayın 20-də başlayan tədbir böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650-ci ilinə həsr edilib. Görüşdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Başqırdıstan, Saxa-Yakutiya (Rusiya Federasiyası), Şimali MakedoniyaSuriyadan şairlər iştirak edirlər. Azərbaycanı Akif Əhmədgil və Elçin İsgəndərzadə təmsil edir. Layihə TÜRKSOY, TİKA və Dünya Yazarlar və Aydınlar Dərnəyinin işbirliyi ilə gerçəkləşdirilir.

Qırğızıstanın şəhərinin meri Taalaybek Sarıbaşov layihəyə qatılan şairlərlə görüşüb. Görüşdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak edib.

Taalaybek Sarıbaşov şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı keçirilən tədbirlər və ilin sonunadək bu istiqamətdə baş tutacaq layihələr haqqında məlumat verib. Poeziya görüşündə iştirak edən şairlərə hədiyyələr təqdim edilib.

TÜRKSOY-un ikinci layihəsi – “Türk dünyası rəssamlar görüşü” isə 25-30 may tarixində keçiriləcək. Tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Başqırdıstan, Saxa-Yakutiya (Rusiya Federasiyası), Türkmənistan, Şimali Kipr və Macarıstandan rəssamların iştirakı gözlənilir. Bu layihə isə TÜRKSOY və TİKA-nın dəstəyi ilə gerçəkləşir.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 24 may.- S.8.