Balaca ifaçının beynəlxalq
uğuru
Fransanın Annemasse şəhərində Adilə Əliyeva adına gənc pianoçular və instrumentalçıların XIV Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin klarnet ixtisası üzrə IV sinif şagirdi Asim Rzazadə uğurla iştirak edib.
Seçim turunda 300-dən çox ifaçı arasından finala vəsiqə qazanmış 30 nəfər iştirakçı arasında yer alan Asim L.V.Bethovenin “Sonatina” B-dur, M.Monqaninin “Romans”, B.Kovaçın “Salam aleykum” və Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Gitaralı qızların rəqsi” əsərlərini məharətlə ifa edərək I yerə və laureat adına layiq görülüb.
Müsabiqə laureatlarının qala-konserti İsveçrənin Cenevrə
şəhərində BMT-nin Konqres zalında keçirilib.
Konserti Azərbaycanın
İsveçrədəki səfiri Xanım İbrahimova
da izləyib. Fransa mətbuatında
yer alan məqalədə
Asimin ifası haqqında müsbət rəylər
qeyd olunub. Balaca ifaçının uğurlarında
müəllimi Vaqif Məmmədovun və
konsertmeyster Svetlana
Əhmədovanın əməyi böyükdür.
Mədəniyyət.- 2019.- 31 may.-
S.4.