Xalq artisti Maqsud Məmmədov “Şöhrət” ordeni ilə təltif olunub
Prezident İlham
Əliyev mayın 29-da Xalq artisti,
tanınmış baletmeyster Maqsud Davud oğlu
Məmmədovun “Şöhrət” ordeni
ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb. Akademik Opera
və Balet Teatrının aparıcı solisti olmuş sənətkar
Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə
görə təltif olunub. Qeyd edək ki, mayın
30-da Maqsud Məmmədovun 90 yaşı tamam olub.
Mədəniyyət.- 2019.- 31 may.-
S.2.