Lənkəranda teatr festivalı

 

 

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində 1-5 iyun tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə Lənkəran şəhərində Beynəlxalq teatr festivalı keçiriləcək.

Festivalda Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Kukla, Gəncə Dövlət Kukla, Qax Dövlət Kukla, Salyan Dövlət Kukla, Şuşa Dövlət Musiqili Dram, Bakı Uşaq və müstəqil fəaliyyət göstərən “Ol” teatrları çıxış edəcəklər.

 

Mədəniyyət.- 2019.- 31 may.- S.2.