Kinomuzun 100 yaşlı Xanı yad edildi
“Ögey ana”, “Böyük dayaq”, “Yenilməz batalyon” və sevə-sevə izlədiyimiz digər filmləri lentə almış görkəmli kinooperator Xan Babayevin (1919-1967) anadan olmasının 100 illiyi münasibətilə mayın 24-də Dövlət Film Fondunda xatirə gecəsi keçirildi. Əvvəlcə qonaqlar fondun foyesində sənətkarın həyat və fəaliyyətinin əks olunduğu fotosərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sənətkarın milli kinomuzun inkişafında xidmətlərindən danışdı. Bildirdi ki, kinooperatorluq məktəbimizin parlaq nümayəndələrindən olan Xan Babayev çəkdiyi sənədli və bədii filmlərlə bu sahənin inkişafına töhfələr verib.
Kinoşünas, Əməkdar
incəsənət xadimi Aydın
Kazımzadə X.Babayevin ömür
və yaradıcılıq yollarından danışdı. Bildirdi ki, sənətkar Ümumittifaq Dövlət Kinematoqrafiya
İnstitutunda oxuyarkən II Dünya müharibəsi başlayır. Onun döyüş yolu Polşa, Macarıstan,
Çexoslovakiya, Rumıniya və Almaniyadan keçir.
Göstərdiyi igidliklərə görə bir
sıra orden və medallara
layiq görülür.
Ordudan tərxis
olunduqdan sonra təhsilini görkəmli
rus kinooperatoru, professor Boris Volçekin emalatxanasında davam etdirir. 1950-ci ildə
təhsilini başa vuraraq professional kinooperator
kimi Bakıya qayıdır.
X.Babayevin ümumittifaq kinojurnalları
üçün çoxlu
süjetlər çəkdiyini
deyən A.Kazımzadə
sənətkarı həm
də kinematoqrafda təbiətin tərənnümçüsü
kimi xarakterizə etdi. Bildirdi ki, onun çəkdiyi filmlər bu gün də
sevilə-sevilə baxılır.
“Yenilməz batalyon”
filmi operatorun işlədiyi son ekran əsəridir. Tədbirdə daha sonra əməkdar
incəsənət xadimləri
Rafiq Quliyev və Rafael Qəmbərov
çıxış edərək
görkəmli sənətkarla
bağlı xatirələrini
bölüşdülər. X.Babayevin filmlərinin əbədiyaşar
ekran əsərləri
olduğu vurğulandı.
Sonda sənətkarın
qızı Lalə Babayeva çıxış
edərək tədbirin
təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirdi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 31 may.-
S.5.