İsraildə “Nəsimi – 650” poeziya müsabiqəsi keçirilib

 

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsimi adına poeziya müsabiqəsi keçirilib. Apreldə elan olunan müsabiqə barədə yerli qəzetlərdə, “Azİz” Assosiasiyasının saytında, sosial şəbəkələrdə və digər informasiya resurslarında məlumat verilib.

İki ay ərzində İsrail, Azərbaycan, ABŞ və Rusiyada yaşayan müəlliflərdən rus, Azərbaycan, cuuriivrit dillərində onlarla şeir daxil olub. Mayın 15-dək “Azİz” Assosiasiyasının saytında internet-səsvermə keçirilib və yarımfinala vəsiqə qazanan 15 iştirakçı müəyyən olunub.

Münsiflər heyətinə məxsusi olaraq Azərbaycandan gəlmiş Anna İbrahimbəyova (Xalq yazıçısı Maqsud İbrahimbəyovun həyat yoldaşı – red.) başçılıq edib.

Yarımfinal mərhələləri İsrailin üç müxtəlif şəhərində keçirilib. Təl-Əvivdə, Rusiya Mədəniyyət Mərkəzində keçirilən birinci yarımfinalda İsrail Yazıçılar İttifaqları Federasiyasının üzvü Semyon Qavrilov qalib olub. Afula şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən ikinci yarımfinalda Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədova həsr olunmuş “Mənim kumirimşeiri ilə doqquzyaşlı Konstantin Vararu qalib gəlib. Kiryat-Yam şəhərinin “Mifalsimklubunda keçirilən üçüncü yarımfinalın qalibi Şahin Göyçaylı olub.

Mayın 22-də Kiryat-Byalik şəhərində müsabiqənin finalı keçirilib. Münsiflər heyəti birinci yeri “Mənim kumirimşeirinin doqquzyaşlı müəllifi K.Vararuya verib. Qalibə Azərbaycana pulsuz səfər mükafatı, finalçılara hədiyyə təqdim olunub.

Müsabiqə finalçılarının şeirləri İsrail və Azərbaycanın ədəbi nəşrlərində dərc ediləcək.

 

Mədəniyyət.- 2019.- 31 may.- S.6.