“Azərbaycanım”
uşaq rəsm festivalına yekun vurulub
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi,
Təhsil Nazirliyi, 3 nömrəli Uşaq-gənclər
inkişaf mərkəzi,
Azərbaycan Televiziyası
və Radiosu, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqının dəstəyi,
Azərbaycan Dövlət
Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində
28 May – Respublika Gününə
həsr olunmuş “Azərbaycanım” II Respublika
uşaq rəsm festivalı keçirilib.
Festival çərçivəsində
iki yaş kateqoriyasında (12 yaşa
qədər və
12-17 yaş) təşkil
olunan müsabiqələrin
sərgiləri ötən
həftə gerçəkləşmişdi. Həmin müsabiqələrdə
fərqlənən uşaqların
iştirakı ilə
mayın 24-də “Azərbaycanım”
II Respublika uşaq rəsm festivalının yekun tədbiri keçirilib.
Tədbir Xətai Rayon İcra Hakimiyyətinin həyətində
açıq havada canlı şəkil çəkmək – plenerlə
başlayıb.
Mədəniyyət Nazirliyinin İncəsənət
şöbəsinin sektor
müdiri Qalib Qasımov festival iştirakçılarını
salamlayıb və bu kimi tədbirlərin
əhəmiyyətindən danışıb. Rəssamlar İttifaqının katibi,
Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi
Pənah İmanov və Xətai Sənət Mərkəzinin
direktoru Zahid Əvəzov festival iştirakçılarına
xoş arzularını
çatdırıblar.
Plener bitdikdən
sonra uşaqlar üçün Milli İncəsənət Muzeyinə
ekskursiya təşkil
olunub. Sonra Xətai Sənət
Mərkəzində uşaqların
plenerdə çəkdikləri
rəsmlərin qiymətləndirilməsi
keçirilib.
Qiymətləndirmənin nəticələrinə
əsasən, Ceyran Rəhmanova birinci, Mehin Abbaslı II və Rəsul Osmanlı III yerlərə,
habelə 12 nəfər
iştirakçı həvəsləndirici
mükafatlara layiq görülüb.
Festival bədii hissə
ilə yekunlaşıb.
Mədəniyyət.- 2019.- 31 may.-
S.7.