Yerlərdə bədii
təhsilin inkişafına diqqət
İsmayıllı
şəhər Uşaq İncəsənət Məktəbinin
binası əsaslı təmirdən sonra istifadəyə
verilib
Ölkəmizdə musiqi və incəsənət təhsilinin inkişafı istiqamətində mühüm işlər görülür. Paytaxtla yanaşı, bölgələrdə də yeni bədii təhsil ocaqları tikilib istifadəyə verilir, mövcud təhsil müəssisələri təmir-bərpa olunur.
Mayın 24-də İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı şəhər Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi binasının əsaslı təmirdən sonra açılışı keçirilib.
Açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, rayon ziyalıları, təhsil ocağının kollektivi, mədəniyyət müəssisələrinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər
mədəniyyətimizin hərtərəfli inkişaf
etdirilməsinə dövlət tərəfindən böyük diqqət göstərildiyini
vurğulayıblar. Bildirilib ki, məktəbdə yaradılan müasir şərait kollektivin
fəaliyyətini canlandıracaq, şagirdlərin musiqi biliklərinə daha
dərindən yiyələnməsinə, potensiallarını
rahat şəkildə ifadə etmələrinə
vəsilə olacaq. Təhsil ocağında
aparılan əsaslı təmir-bərpaya görə ölkə
rəhbərliyinə minnətdarlıq ifadə edilib.
Mədəniyyət.- 2019.- 31 may.-
S.4.