Muğam sənətimizin görkəmli
nümayəndəsi
Mayın 29-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış xanəndə və pedaqoq, Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbir sənətkarın yubileyi ilə bağlı ölkə başçısının 2019-cu il 4 fevral tarixli sərəncamının icrası çərçivəsində təşkil olunub.
Tədbirin aparıcısı, tədqiqatçı alim Gülhüseyn Kazımlı Seyid Şuşinskinin həyat və yaradıcılığından geniş söhbət açıb.
Xalq artisti Arif Babayev Seyid Şuşinskinin bənzərsiz sənət dünyasından söz açaraq sənətkarla bağlı xatirələrini bölüşüb.
Xalq artisti, tarzən Ramiz Quliyev bildirib ki, Seyid Şuşinski məktəb yaradaraq muğam tarixinə öz möhürünü vurub. Onun yetirmələri Azərbaycanın muğam sənətini layiqincə təmsil və təbliğ edirlər.
Tədbirdə təqdim olunan
konsert proqramında Əməkdar artist Bəyimxanım Vəliyeva və Azərbaycan
Televiziyası və Radiosunun solisti Ayşən Mehdiyevanın ifasında muğam dəsgahları səsləndirilib.
Mədəniyyət.- 2019.- 31 may.-
S.3.