İlyas Əfəndiyevin ədəbi irsimüasirlik

 

Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundaXalq yazıçısı İlyas Əfəndiyevin ədəbi irsimüasirlikmövzusunda elmi sessiya keçirildi. Tədbir görkəmli ədibin anadan olmasının 105 illiyinə həsr olunmuşdu.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri açaraq yazıçının Azərbaycan ədəbiyyatı tarixində yeri və bədii yaradıcılığından danışdı. Bildirdi ki, İ.Əfəndiyev XX əsr Azərbaycan nəsrinin və dramaturgiyasının inkişafında mühüm rol oynayıb. Müəllifin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və s. roman və povestləri, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı” və s. pyesləri ideya-bədii cəhətdən qiymətli əsərlərdir. O, dram əsərləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb və “İlyas Əfəndiyev teatrı” anlayışı yaranıb.

Xalq yazıçısı Elçin çıxış edərək atası ilə bağlı xatirələrini bölüşdü. Ədəbiyyat tarixi ilə əlaqədar bir sıra məsələlərə toxunan ədib İlyas Əfəndiyev yaradıcılığına göstərdiyi diqqətə görə Ədəbiyyat İnstitutuna təşəkkürünü bildirdi.

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “XX əsr tarixi prosesində İlyas Əfəndiyevin yerimövzusunda məruzəsində diqqətə çatdırdı ki, vaxtilə böyük söz ustadının yaratdığı obrazlar vasitəsilə oxuculara aşılamağa çalışdığı əsas keyfiyyətlər – insani borc, vətəndaş vəzifəsi, fərd və cəmiyyətin qarşılıqlı münasibəti, ailə və əxlaq, bəşərilik, millilik problemləri bu gün də aktuallığını, dəyərini qoruyub saxlayır.

Filologiya elmləri doktoru, professor Nizami Tağısoy “İlyas Əfəndiyevin nəsri” mövzusunda çıxış etdi. Bildirdi ki, İ.Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən sayılır. Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə İ.Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.

Elmi sessiyada daha sonra sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadənin “İlyas Əfəndiyev teatrı”, filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramovunİlyas Əfəndiyevin yaradıcılığı” mövzularında məruzələri dinlənildi.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 31 may.- S.2.