Xanəndələrimizin səsi Almaniyada tədqiq edilir

 

 

 

Azərbaycan Milli Konservatoriyasının bir qrup əməkdaşı Almaniyanın Frayburq Universitetinin Radiologiyatibbi fiziki klinika kafedrasında  xanəndə səslərinin tədqiqi ilə əlaqədar səfərdə olublar.

Bu barədə AMK-da keçirilən seminarda məlumat verildi. Seminarda AMK-nın professorlarıelmi işlər üzrə prorektor Lalə Hüseynova, Xalq artisti Mənsum İbrahimov konservatoriyanın doktorantı Aleksandria Sultan von Bruseldorf çıxış edərək, tədqiqat səfərlə bağlı təəssüratlarını bölüşdülər.

Prorektor Lalə Hüseynova bildirdi ki, Frayburq Universitetinin professoru Yurgen Henningin rəhbərliyi ilə Radiologiya tibbi fiziki klinika kafedrasında muğam ifaçılarının səslərinin elmi araşdırılması AMK-nın doktorantı Aleksandria Sultan von BruseldorfunMuğam ifaçılarının vokal aparatının akustik fizioloji xüsusiyyətləriadlı tədqiqat layihəsi çərçivəsində aparılıb. Tədqiqatda AMK-nın 4-cü kurs tələbəsi Sədəf Budaqova da iştirak edib.

Vurğulandı ki, Frayburq Universitetinin klinikası ən son texnologiyalardan istifadə etməklə müxtəlif vokal səsləri araşdıraraq səsin fizioloji akustik parametrlərinin öyrənildiyi dünyada azsaylı tibb müəssisələrindən biridir. 100-ə yaxın opera vokalçısının, rok musiqi janrından repə qədər müxtəlif istiqamətlərdə ifaçıların səs aparatları araşdırılıb öyrənilsə , Şərq ifaçılıq üslubunun, xüsusilə muğam ifaçılarının səs aparatının tədqiqi ilk dəfə qeydə alınıb. Tədqiqat prosesinin özündə müəyyən çətinliklər vardı. Çünki xanəndələr vokal sənətinin imkanlarını tamamilə qeyri-adi bir mühitdə göstərməli idilər. Mənsum İbrahimov tələbəsi Sədəf Budaqova bu çətin qeyri-adi sınaqdan uğurla çıxıblar beləliklə, ilk dəfə olaraq Azərbaycan muğam ifaçılarının səs aparatları MRT aparatından istifadə edilərək qeydə alınıb.

Seminarda o da qeyd olundu ki, Azərbaycan xanəndələrinin səs aparatlarının bu şəkildə öyrənilməsi həmin universitetdə ilk dəfə həyata keçirilib alman mütəxəssislərinin böyük marağına səbəb olub. Muğam ifaçılarının səslərinin tədqiqi ilə bağlı araşdırmanın nəticələri 30 gün müddətində Azərbaycana göndəriləcək bundan sonra doktorant Aleksandria Sultan von Bruseldorf  bu tədqiqat üzərində elmi işini təqdim edəcək.  Yeri gəlmişkən, musiqiçi heyətimiz Heydər Əliyev Fondu tərəfindən çap edilənQarabağ xanəndələriAzərbaycan musiqisi. Muğamdisklərini klinikaya hədiyyə ediblər.

Xalq artisti Mənsum İbrahimov səfər təəssüratlarını bölüşərək dedi ki, tədqiqatın aparılması çətin prosedur olsa da, biz öz vokal bacarıqlarımızı bacardığımız qədər mükəmməl nümayiş etdirməyə çalışdıq. Tədqiqat zamanı MRT aparatının içərisində sirena siqnalının müşayiəti ilə öz səsini dinləmədən muğam dəsgahları ifa etməli idik. Böyük səs dalğasının fonunda tonallığı saxlayıb ifa etmək qədər çətin olsa da, biz bunu bacardıq. Tədqiqat zamanıBayatı-ŞirazMahur-hindimuğamlarını ifa etdik.

Aleksandria Sultan von Bruseldorf isə öz növbəsində ona yaradılan şəraitə səfərin reallaşmasına dəstək olan təşkilatlara təşəkkürünü bildirdi. Vurğuladı ki, bu Azərbaycan xanəndəlik məktəbində səs elminin öyrənilməsində bir yenilik olacaq.

Qeyd edək ki, Azərbaycan muğam ifaçılarının səs tembri səs texnikaları alman mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Universitetin professoru, foniatr, həkim otolarinqoloq, ixtisasca vokal ifaçısı olan Bernard Rixter səs tezliyinin ölçülməsi zamanı diqqətə çatdırıb ki, dünyaca məşhur opera ifaçısı L.Pavarotti bəzən ifasında ən yüksək tonallıqda muğam boğazlarına müraciət edirdi. Onun sözlərinə görə, azərbaycanlı ifaçı Mənsum İbrahimovun səs tezliyi ən yüksək opera tonallığından da yüksəkdir.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.6.