Folklor kollektivlərinə paytaxt baxışı
Respublika festivalına yekun
vurulacaq
Respublikamızın
paytaxt və regionlarında fəaliyyət göstərən
folklor kollektivlərinə dəstək göstərilməsi
məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi
Respublika Folklor Festivalının seçim mərhələsi
keçirilib.
Kollektivlərin çıxışları Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında festivalın yekun tədbiri keçiriləcək.
Bağlanış mərasimində
“Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu),
“Xəmsə” folklor rəqs kollektivi (Gəncə), “Dastan
aşıqları” ansamblı (Ağstafa),
“Nənələr” folklor xalq
kollektivi (Lənkəran), “Buta”
uşaq folklor
ansamblı (Lənkəran), “Halay” xalq kollektivi (Masallı),
“Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran), “Mel” folklor kollektivi
(Qusar), “Assa” folklor rəqs qrupu (Qusar), “Oğuzlar” folklor kollektivi (Bakı), “Şirvan”
folklor xalq kollektivi (Şamaxı), “Buta”
rəqs kollektivi (Şamaxı), “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ), “Maral oyunu” folklor
kollektivi (Kəlbəcər),
“Adıgün” xalq folklor
kollektivi (Saatlı), “Rəfti –
Uzunömürlülər” xalq kollektivi (Lerik), “Abay” folklor kollektivi
(Şəki), “Mehriban bacılar” folklor kollektivi (Balakən),
“Nənələr” folklor kollektivi
(Balakən), “Şahinlər” folklor rəqs
kollektivi (Sumqayıt), “Qobustan
aşıqları” ansamblı (Qobustan)
çıxış edəcək.
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.1-2.