Bakı Musiqi Akademiyasında orqan musiqisi festivalı

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi AkademiyasındaBarokkodan müasir dövrə qədər” I Beynəlxalq orqan musiqisi festivalının açılışı olub.

Akademiyanın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli qonaqları salamlayaraq, festivalın əhəmiyyətindən danışıb. O, orqan ifaçılığı sənətinin Azərbaycanda necə inkişaf etməsindən, azərbaycanlı bəstəkarların orqan aləti üçün yazdıqları əsərlərdən bəhs edib.

Mərasimdə Almaniyadan gəlmiş Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke, Cənubi Qafqaz Gürcüstan Yevangelik-Lüteran Kilsəsinin yepiskopu Markus Şox, Bakıdakı Xilaskar Yevangelik Lüteran icmasının keşişi Qotthard Lemkeni iştirak edib.

Daha sonra BMA-nın professoru, orqan ifaçısı Rasimə Babayeva çıxış edib. O, görkəmli bəstəkarlar – İ.S.Bax (iki xorla prelüd, Fantaziya G dur), La Kur (İntermezzo), Yonq (klassik stildə prelüd) və Stammın (iki pyes) əsərlərini məharətlə ifa edərək tamaşaçıların zövqünü oxşayıb.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.2.