ƏSA teatrı 4-cü mövsümünün
ilk tamaşasını təqdim edib
Əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatr – ƏSA teatrı 4-cü mövsümünün
ilk tamaşa
premyerasını reallaşdırıb. “Paris partladı”
tamaşası modern dünya
teatrının trendlərini
özündə əks
etdirir.
Böyük dramaturq, mütəfəkkir
ədib Mirzə Fətəli Axundzadənin
“Müsyö Jordan və
dərviş Məstəli
şah” pyesinin motivləri əsasında
quruluş verilən
“Paris partladı” tamaşasının
təqdimatı oktyabrın
29-da Akademik Rus Dram Teatrının səhnəsində
gerçəkləşib. Tamaşaçılar premyerada M.F.Axundzadənin yaradıcılığının ənənəvi təqdimatını
deyil, yeni üslubda quruluş verilən səhnə əsərini izləyiblər.
Quruluşçu rejissoru Elşən Əsgərov
olan səhnə əsərində
rolları aktyorlar İmran
Lalayev, Səmayə Ağayarova,
Könül Şahbazova,
Elvin Mirzəyev, Niyaz İlyasoğlu, Elsevər Rəhimov, Rafael Şahbəyli, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli və
Cəmilə Məmmədli canlandırıb.
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.5.