Səs... Səss!... SƏSSS!!!

 

 

 

Siqlətli, Şiddətli, Vahimə-vəlvələ, İnam-iddia, Qələbə-qalibiyyətli...

 

Proloq:

Yox, mövzu qıtlığı yaşamırıq. Bu, sadəcə, dədə-babalarımızın yaşadığı 1941-45 müharibəsinin baş qəhrəmanlarından olmuş bir SƏSin tərcümeyi-halındakı Baş kəlmələrin – “Qovorit Moskva! Pobeda!” ifadələrinin tezliklə “Danışır Bakı! Qələbə!” şəklində eşitmək arzu-həsrəti...

Bu dua ilə yaşayanlara salam olsun!

o SƏSin öz tonu ilə:

- Diqqət, diqqət!...

Danışılır – II Cahan savaşının bütün cəbhə xəbərlərini Ali Baş Komandanlığın əmrlərini dünyaya çatdırmış Yuri Borisoviç Levitan haqqında!

 

Bu SƏS

 

hələ 105 il əvvəldən (“inqə”liyindən) məşhurlaşıbmış; atası onun ciknələrini çalışdığı limanda da eşitdiyindən danışıb-gülərmiş. Doğulduğu Vladimir şəhərindəki qonşularsa öz dəcəllərini evə bu qorxulu “Yuri tonuilə çağırarmışlar...

Mülkilikdə belə birpopulyarlıqqazanmış bu adam hərbilikdəməşhur tanınmaz”a çevrilib. Kim, kim, – Stalinin: “Müdafiə Komitəsi məlumatlarının əhaliyə çatdırılması yalnız Y.Levitana həvalə edilsin”, Hitlerin; “İlk növbədə Sovet İttifaqının SƏSini kəsmək lazımdır!” dediyi bir adam...

O “tanınmazlıqepizodlarından biri:

9 may, 1945. Kreml. Rəhbərlik cahanşümul bir şad XƏBƏRin eyforiyasında, kütlə isə Qızıl meydana axışmada. Nəhayət, “kapitulyasiyahaqda məlumat gəlir bir az əvvəl hansısa tapşırıqçün çağırılmış Levitan dərhal radio komitəsinə tələsir. Lakin saysız-hesabsız insan basırığına düşür hətta kəskin iradlar eşitməli olur: “Hara soxulursan?!”, “Pah, bu vətəndaşın bundan da vacib işi varmış!”, “Bir səbir elə, indicə Levitan Qələbə xəbərini oxuyacaq!”...

 

Bu –

 

zamanın diqtəsiymiş; ucqardan gəlibİmperSəs”ə çevrilmiş bu Səs-Adam bütün verilişləritamamilə məxfiməkandan aparmalıymış.

Müharibədən on il əvvəl “Radio diktorluğu müsabiqəsi”nin qalibi olan hələlik efirdə yalnızqəzet xülasələrioxuyan Yurinin səsi bir gün Stalinin qulağını necə fəth edirsə, XVII qurultaydakı çıxışını radio vasitəsilə məhz Levitanın səsləndirməsi haqda göstəriş verir. Bu “fövqəltaletapşırıqdan xəbər tutduğu an rəngi ağaran Levitan bu 5 saatlıq çıxışı heç bir qüsura yol vermədən səsləndirir ... Sovet İttifaqının baş diktoru təyin edilir.

Bu baş diktor sonralar “SSRİ Xalq artistiadını alan ilk diktor da olacaq.

Qlobal məşhurluğu isə İkinci Dünya savaşı (ovaxtlar: “Böyük Vətən müharibəsi”) illərindən başlayır.

“Biz haqq yoldayıq! Düşmən darmadağın ediləcək! Qələbə bizimlə olacaq!”

O bu kəlmələri elə inam-ilhamla səsləndirirmiş ki, səsgücləndiricilər ətrafına toplaşanlar öz evlərinə (iş-güclərinə, ac-yalavaclıqlarına) növbəti çıxışda mütləqQələbə!” deyəcəyi ümidilə gedirmişlər.

Bu səsi düşmən zərrəbin”lə dinləyirmiş. Fürer başa düşmədiyi buəclaf səs”in dərhal tərcüməsini tələb edərmiş.Moskvaya ayaq basan kimi ilk dar ağacından məhz o DİL asılmalıdır!” vədi isəSS”çilərin ideo-qulaq sırğası... 

 

Bu Tonallıq 

 

Sovet ordusunun tərzi, Stalininmöhtəşəmlikobrazının ifadəçisi, o dövr respublikaları radiolarının semiotika-simvolu...

, o dövrün! Sonralar radio diktorları üçün xüsusi kurslara rəhbərlik edən bu fenomen özü etiraf edirmiş ki, yox, o Səs, daha çox, müharibə səsiymiş (başqa sözlə, bu vahimənin başlıca hədəf-bazarı düşmən canıymış!).

Bu qədər ictimai adamın

 

Şəxsi aləmi sonu...

 

Həyatıuğursuz; on bir il nikahda olduğu xanımı onu atıb, yeganə qızı qarşılıqlı hörmətdə olduğu, ömrünün sonuna kimi qayğısını çəkən qayınanası ilə birlikdə yaşamalı olub.

Ölümü isə səngərvari-“sərgərdanyana”; 1983-də veteranlarla görüşə gedərkən kəskin ürəkağrısı tutub, yaxınlıqdakı kənd xəstəxanasına çatdırılsa da...

Hitlerin yenmək istədiyi SSRİ- baş düşməni Stalin yox, başına 250 min reyxsmarka qoyduğu Levitan imiş. Bu ifadələr bu an mənəfilankəsin sağ əli bəhmənkəsin başınadeyimimizi xatırlatdı belə bir yarımbaşlıq diqtə etdi: –

 

Epiloq-P.S. :

 

Bu SƏSin o beşillik beynəlmiləl müharibə sonucunda səsləndirdiyi “QƏLƏBƏ” sədasının sağ yeli bu otuz bir illik milli Qarabağ savaşımızın başına!...  

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.6.