Yunanıstanda “Odlar Yurdu – Azərbaycan”

  

 

 

Yunanıstanın Saloniki şəhərində “Odlar Yurdu – Azərbaycan” adlı fotosərgi açılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbir “Yunanıstanda Azərbaycan günləri” layihəsi çərçivəsində gerçəkləşib.

Sərginin keçirilməsində məqsəd Azərbaycanın tarixiturizm bölgələrini yunan xalqına, eləcə də bu ölkədə yaşayan müxtəlif icmalara tanıtmaq və ölkələrimiz arasında qarşılıqlı mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Diaspor Gəncləri Platformasının dəstək göstərdiyi sərginin açılış mərasimində xarici ölkə səfirlikləri, yerli QHT və media nümayəndələri iştirak ediblər.

Sərgidə ölkəmizin əsrarəngiz təbiətini və qədim tarixi abidələrini əks etdirən şəkillər maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 1 noyabr.- S.8.