İCCROM Baş Assambleyasının
sessiyası keçirilib
30-31 oktyabr tarixində
İtaliyanın paytaxtı
Romada Mədəni Mükiyyətin Qorunması
və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin
(İCCROM) Baş Assambleyasının
31-ci sessiyası keçirilib. Sessiyada Mədəniyyət
Nazirliyinin Beynəlxalq
əməkdaşlıq və
innovativ inkişaf şöbəsinin Beynəlxalq
təşkilatlarla əməkdaşlıq
sektorunun müdiri Nuriyyə Məmmədovanın
rəhbərliyi ilə
nümayəndə heyəti
iştirak edib.
Baş Assambleyanın
sessiyaları iki ildə bir dəfə
keçirilir. Baş Assambleya İCCROM-un ümumi
prinsiplərinin müəyyən
edilməsi, iş və
büdcə proqramının
təsdiqi, həmçinin
Şura və Katibliyin fəaliyyəti ilə bağlı hesabatların təsdiq edilməsi kimi funksiyaları yerinə yetirir.
“Mədəni irsin
dekolonizasiyası” olan builki
sessiyanın gündəliyinə təşkilatın
2020-2021-ci illər üzrə iş və
büdcə proqramlarının təsdiq edilməsi, həmçinin
İCCROM-un Şurasına 12 yeni üzvün
seçilməsi daxil idi.
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.2.