Qazaxıstan paytaxtında “Voice of Nur-Sultan” festivalı
Qazaxıstanın paytaxtında “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalı
keçirilib. Rusiya, Bolqarıstan, Ukrayna, Gürcüstan, Portuqaliya və Çindən ifaçıların iştirak
etdiyi festivalda Azərbaycanı gənc müğənni Samirə
Əfəndi təmsil
edib. O, sözləri və bəstəsi özünə məxsus olan “Yol ayrıcı”
mahnısını oxuyub.
Festivalın formatına görə, bütün iştirakçılar yerli estrada ulduzları ilə birgə qazax dilində mahnı ifa ediblər. Həmyerlimiz yerli estrada ulduzu Madi Sızdıkla mahnı oxuyub.
Festival
iştirakçı ölkələrlə dostluq
münasibətlərini və mədəni əlaqələri
daha da inkişaf
etdirmək üçün yeni bir platformadır.
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.8.