Daşkənddə Mirzə Cəlilin 150 illiyi ilə əlaqədar elmi-praktik konfrans

 

 

 

Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə böyük Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirib.

Konfrans çərçivəsində ədibin özbək dilində çap olunanPoçt qutusu” kitabının təqdimatı da olub.

Əvvəl iştirakçılar AMM-in təşkil etdiyi sərgiyə baxıblar. Sərgidə Heydər Əliyev Fondu tərəfindən rusingilis dillərində çap edilən nəşrlər, AMM-in Daşkənddə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib.

Sonda kitablar universitetə hədiyyə olunub.

Tədbirdə universitetin prorektoru Raxima Kərimova Azərbaycan-özbək ədəbi əlaqələrindən danışıb. Professor Həmidulla Baltabayev Cəlil Məmmədquluzadənin həyatı yaradıcılığı haqqında məlumat verib.

AMM-in direktoru Samir Abbasov çıxışında diqqətə çatdırıb ki, indiyədək Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixi ilə bağlı Daşkənddə özbək dilində 60-dan artıq kitab işıq üzü görüb. Böyük Azərbaycan şairi Nizami GəncəvininXəmsə”si iki variantda - Alimcon Buriyevin tərcüməsində bir kitabda, Xalq şairi Camal Kamalın tərcüməsində isə ayrı-ayrı kitablarda çap edilib.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova Cəlil Məmmədquluzadənin yazıçı, dramaturq, jurnalist, ictimai xadim kimi fəaliyyətindən, ədibin nəşr etdiyiMolla Nəsrəddinjurnalının milli mətbuatımızın inkişafında rolundan söz açıb. O, yazıçının mis üzərində döyülmüş portretini BakıdaMolla Nəsrəddinjurnalının latın qrafikası ilə nəfis şəkildə çap olunan birinci ikinci cildlərini universitetə hədiyyə edib.

Sonda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

 

 

 Mədəniyyət.- 2019.- 1 noyabr.- S.8.