Moskvada Nəsimi irsinə daha bir ehtiram
Oktyabrın 30-da Heydər Əliyev
Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına
Ümumrusiya Dövlət
Xarici Ədəbiyyat Kitabxanasının atriumunda
dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin büstünün
açılışı olub.
Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən
silsilə tədbirlər
çərçivəsində ucaldılan abidənin açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın Mədəniyyət
nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu, M.İ.Rudomino
adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş
direktoru Mixail Şepel çıxış
ediblər.
B.Şukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri
İmadəddin Nəsiminin
şeirlərini səsləndiriblər.
Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının
akademiki, heykəltəraş
Aydın Zeynalovdur.
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının
atriumu (binanın içərisində açıq
sahə-bağça) 1994-cü ildə yaradılıb. Hazırda burada
dünyanın tanınmış
ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var.
2012-ci ildə Heydər
Əliyev Fondunun dəstəyi ilə atriumda Azərbaycanın mütəfəkkir ədibi
Mirzə Fətəli
Axundzadənin də abidəsi ucaldılıb.
Xatırladaq ki, Rusiya paytaxtında böyük şair İmadəddin Nəsiminin daha bir büstü 2018-ci ilin noyabrında Heydər Əliyev Fondunun təşkilatçılığı
və Azərbaycanın
Rusiyadakı səfirliyinin
dəstəyi ilə gerçəkləşən Nəsimi
festivalı çərçivəsində açılmışdı.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
(MDBMİ) qoyulan büstün
müəllifi heykəltəraş
Mahmud Rüstəmovdur.
***
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 30-da
M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər
Birliyinin (RAGB) üzvləri
ilə də görüşüb. Görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub, Botanika bağına iki nar tingi hədiyyə
edilib.
Tədbir gənclərin konsert proqramı ilə davam edib.
Mədəniyyət.- 2019.- 1
noyabr.- S.8.