Gənc rəssamın sərgisi
Noyabrın 1-də Müasir İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı gənc rəssam Nərmin Sadıqovanın “Meraki” adlı fərdi sərgisi açılıb.
Muzeyin direktoru Xəyyam Abdinov bildirib ki, Nərmin Sadıqova özünəməxsus yaradıcılıq üslubu, ideyaları ilə seçilir. O, daim axtarışda olan rəssamdır. Sərginin adı ilə bağlı ideya da məhz bununla bağlıdır: “Meraki” kəlməsini yunanlar yaradıcılıq prosesinə özlərindən bir parçanı – hissləri əlavə edərək ətrafda baş verənləri təsvir etmək mənasında işlədirlər.
Nərmin Sadıqova sərgiyə gələnlərə təşəkkürünü bildirib.
Sonra qonaqlar portret, peyzaj, natürmort kimi müxtəlif janrlarda 30-dan çox əsərdən ibarət olan ekspozisiya ilə tanış olublar.
Nərmin Sadıqova Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının məzunudur, hazırda Mədəniyyət
və İncəsənət Universitetinin
magistraturasında təhsil alır. Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür.
Mədəniyyət.- 2019.- 6
noyabr.- S.3.