“Fantaziya”
mədəni irs festivalı davam edir
Avropa İttifaqının Azərbaycandakı
nümayəndəliyinin təşkilatçılığı,
Mədəniyyət Nazirliyi
və digər qurumların dəstəyi
ilə noyabrın 1-dən
15-dək ölkəmizdə ikinci “Fantaziya” mədəni irs
festivalı keçirilir.
Festival çərçivəsində
Azərbaycan-Fransız Universitetində
(UFAZ) memarlıq irsinə
həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Kestutis Yankauskas ikinci dəfə reallaşan festivalın əhəmiyyətindən
danışıb. Vurğulayıb
ki, Azərbaycanın zəngin mədəni irsi var. Mədəni irsi qorumaq üçün
Azərbaycan və Avropa İttifaqı birgə platformadan çıxış edirlər:
“İnanıram ki, biz
bu əməkdaşlığı
gələcək nəsillərə
ötürə biləcəyik”.
Fransanın Azərbaycandakı səfiri
Zakari Qros, “Europa Nostra” təşkilatının
Belçikadan olan rəsmisi Piet Jaspaert də mədəni irsin qorunmasının önəmindən bəhs
ediblər. Vurğulanıb
ki, mədəni irs sosial,
iqtisadi və ətraf mühit məsələləri ilə
sıx bağlıdır.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədr müavini Elçin Əliyev “Bakı. 1920-1930-cu illərin arxitekturası” mövzusunda
çıxış edib.
Tədbirdə həmçinin E.Əliyevin
bu mövzuda kitabı təqdim edilib.
Konfransda həm də İspaniyadan və İtaliyadan olan ekspertlər təqdimatla çıxış ediblər.
“Fantaziya” festivalının
məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi
barədə ictimaiyyətin məlumatlılığının
artırılmasıdır. Festivalın tədbirləri
Bakı ilə yanaşı, Gəncədə və Qəbələdə
(Nic kəndi) keçirilir.
Mədəniyyət.- 2019.- 6
noyabr.- S.3.