“Culture Guide” mədəniyyət bələdçisinin noyabr sayında

 

 

Ölkəmiz zəngin tarixi-mədəni irsi ilə yanaşı, müasirliyi, qabaqcıl yeniliklərin yaradıcı tətbiqi, çoxçalarlı incəsənəti ilə hər ötən zaman bölümündə dünyanın gözündə önəmli yer qazanır.

Paytaxt Bakının UNESCO-nun daha bir mötəbər siyahısına – “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi bunun bariz nümunəsidir. Bu baxımdan ölkəmizə təşrif buyuran qonaqlarda Azərbaycan, paytaxt regionlarımız haqqında, o cümlədən mədəniyyətimiz, incəsənətimiz barədə dolğun yaddaqalan təəssürat yaratmaq xüsusi önəm kəsb edir. Məhz həmin məramla nəşr edilən “Culture Guide” mədəniyyət bələdçisinin növbəti sayı çapdan çıxıb.

İngilis rus dillərində hazırlanan nəşrin noyabr buraxılışı ay ərzində paytaxtın incəsənət mənzərəsi, teatr konsert müəssisələrinin, sərgi kino nümayişi məkanlarının afişası, əyləncə mərkəzlərinin tədbirləri s. məlumatlarla, eləcə ölkəmizin ümumi mədəni irsi ilə bağlı yazılarla zəngindir.

Payız mövsümünün əsas irimiqyaslı mədəniyyət tədbirləri, festivalları sentyabr oktyabr aylarına təsadüf etsə , noyabr ayının mədəni tədbirlər proqramı da çoxçeşidlidir. Bu ay bir sıra şəhərlərimizin teatrları böyük  dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə bağlı hazırladıqları tamaşaları paytaxtda yerli əcnəbi sənətsevərlərə təqdim etmək həm özlərini göstərmək imkanı qazanacaqlar. Müxtəlif ölkələrdən məşhur sənətçilər bu ay paytaxt səhnələrində çıxış edəcəklər.

“Culture Guide” bələdçisində şəhərdə fəaliyyət göstərən teatrların, konsert salonlarının aylıq repertuarı ilə yanaşı, bu məkanların tarixi, yerləşdikləri binalarhər biri memarlıq nümunəsi olan tikililər haqqında da ingilis rus dillərində informasiyalar verilib. Nəşr Bakıdakı muzeyləri gəzmək, sərgi salonları ilə tanış olmaq istəyənlərə bələdçilik edir. Bu mədəniyyət ocaqlarının da hər biri barədə informativ təqdimatlar rəngarəng fotolarla müşayiət olunur.

Bundan əlavə, hər zaman xarici qonaqları cəlb edən tarixi-mədəni məkanlarQobustan qoruğu, İçərişəhər, Atəşgah məbədi, Yanardağ haqqında foto-illüstrativ məlumatlar, Bakının müasir memarlıq simvolları ilə bağlı informasiyalar, eləcə şəhəri gəzib gördükdən sonra ölkəmizlə bağlı xatirə hədiyyəsi aparmaq istəyən turistlərə faydalı tövsiyələr nəşrdə yer alıb.

Ötən ay gerçəkləşən noyabr ayına təsadüf edən, əcnəbi qonaqlarda xüsusi maraq doğuran tədbir layihələr barədə yazılar dərc olunub. Bakı Caz Festivalı parlaq təəssüratlarla yadda qaldıyazısı, payız mövsümündə ölkəmizin regionlarında ənənəvi olaraq keçirilən meyvə festivallarından bəhs edən “Dad bayramları...” adlı məqalə bu qəbildəndir.

Nəşrin bu sayında da ölkəmizin dünya mədəniyyət xəzinəsinə töhfələrinə xüsusi yer ayrılıb.Naxışlarda yaşayan irsadlı yazıda 2010-cu ilin 16 noyabrında UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş milli xalça sənəti, Azərbaycanın xalçaçılıq məktəbləri, müasir dövrdə bu sənətin inkişaf etdirilməsi dünyada ilk Xalça Muzeyinin ölkəmizdə yaradılmasından söz açılır. Azərbaycanın misgərlik sənətisərlövhəli materialda UNESCO-nun siyahısına daxil edilmiş xalq sənətinin İsmayıllı rayonunun Lahıc qəsəbəsində əsrlərlə yaşadılmasından bəhs olunur.

QarabağAzərbaycanın mədəniyyət beşiyiadlı yazıda isə əzəli yurd yerimizin mədəni, ədəbi sənət irsi haqqında danışılır, işğal altındakı torpaqlarımızda xalqımızın mədəni sərvətinin dağıdılıb-talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır.

Nəşrdə bu ayın əlamətdar hadisələr təqviminə nəzər salınıb 9 NoyabrDövlət Bayrağı Günü haqqında yazı dərc olunub.

Mədəniyyət bələdçisində hər ay Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin reproduksiyası verilir. Bu dəfə “Culture Guide”ın üz qabığında Elmar Ağamirzənin “Bakının işıqları” əsəri, 1-ci səhifədə isə Xalq rəssamı Toğrul Nərimanbəyovun “Payız bazarı” tablosu əks olunub.

 

Mədəniyyət.- 2019.- 6 noyabr.- S.8.