Emin Sabitoğlunun
xatirə gecəsi
Noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi texnologiyası kafedrasının təşəbbüsü ilə unudulmaz bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Emin Sabitoğlunun xatirə gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və ADPU-nun rektoru, professor Cəfər Cəfərov iştirak edib.
Musiqişünas Vəfa Həmidova bəstəkarın həyat və yaradıcılığından söz açıb.
Sonra ADMİU-nun
və ADPU-nun tələbələri Emin Sabitoğlunun
mahnılarından ibarət rəngarəng konsert
proqramı ilə çıxış ediblər. Proqramda bəstəkarın
“Can Azərbaycan”, “Bakı, sabahın xeyir”, “Dön, yenə dön”, “Əlvida”, “Çiçək
yağışı”, “Bu gecə”, “Yaşıl
ada”, “Sənin üçün”,
“Şükriyyə”, “Sən olmuşam”,
“Neyləyim”, “Payız gəldi”, “Bəlkə”, “Heç xəbərin yoxdu
sənin” və başqa mahnıları səslənib.
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.3.