Televiziya və radio işçiləri təltif
olunub
Prezident İlham Əliyev noyabrın 6-da Azərbaycan
Respublikasının televiziya
və radio işçilərinə
fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, televiziya
və radio sahəsinin
inkişafında xidmətlərinə
görə 9 nəfər
“Əməkdar jurnalist”,
7 nəfər “Əməkdar
mədəniyyət işçisi”,
1 nəfər “Əməkdar
incəsənət xadimi”,
1 nəfər “Əməkdar
artist”, 2 nəfər “Əməkdar
mühəndis” fəxri
adına layiq görülüb.
Dövlət başçısının digər
sərəncamı ilə televiziya və radio sahəsində səmərəli fəaliyyətinə
görə 13 nəfər “Tərəqqi” medalı ilə təltif
edilib.
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.2.