“Çinar”
qızlar ansamblının
60 illiyi qeyd olunub
Azərbaycan haqlı olaraq öz mədəniyyəti
ilə fəxr edir. Ona şöhrət gətirən mədəniyyət
nümunələrindən biri də milli
rəqslərdir.
1959-cu ildə Tibb
Universitetində yaradılan
“Çinar” qızlar ansamblı milli mədəniyyətimizi yeni
rəqs nömrələri
ilə zənginləşdirib. Həmin ansambl
yüksək mədəniyyətə,
fitri istedada, bənzərsiz sənətkarlıq
qabiliyyətinə malik
Əminə Dilbazinin rəhbərliyi ilə yaradılıb. Məşhur rəqqasə ömrünün
47 ilini bu ansambla həsr edib. “Çinar”
bu illər ərzində dünyanın
müxtəlif ölkələrini
dolaşıb, məşhur
səhnələrdə çıxış
edib. Ansambl bu gün də ustad sənətkarın
qoyduğu ənənələri
davam etdirir.
Bu sözləri noyabrın
6-da M.Maqomayev adına
Azərbaycan Dövlət
Akademik Filarmoniyasında
“Çinar” rəqs ansamblının 60 illiyinə
həsr olunmuş gecədə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.
O qeyd edib ki,
60 il ərzində
universitetin mindən artıq tələbəsi
bu ansamblın üzvü olub. Onlar həkimliklə yanaşı,
rəqs sənətinin
incəliklərini də
dərindən öyrəniblər.
Ölkəmizin ilk qızlar ansamblı olan “Çinar”ın tarixi və keçdiyi yoldan bəhs edən süjet nümayiş olunub.
Yubiley gecəsində ayrı-ayrı
vaxtlarda universitetdə
fəaliyyət göstərən
“Eskulap”, “Eksperiment”, “Alov” qruplarının, eləcə də hazırda onların ənənəsini davam etdirən “Şəfa” xalq çalğı alətləri ansamblının
çıxışları xoş təsir bağışlayıb.
Universitet
tələbələrinin ifasında
muğam, xalq mahnıları, vokal və estrada
musiqisi nömrələri
səslənib.
...Durna qatarı kimi bir-birinin ardınca
düzülən qızlar səhnədə qanad
açıb süzür, dövrə vurur, halay qurur.
“Çinar”ın ifasında rəngarəng rəqs nömrələri
bir-birini əvəz edir:
“Dəsmalı”, “Dağlar gözəli”,
“Yallı”, “Naxçıvan yallısı”...
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.3.