Tofiq Quliyevin xatirəsi yad edilib
Noyabrın 7-də, görkəmli bəstəkar,
Xalq artisti Tofiq Quliyevin (1917-2000) anadan olmasının 102-ci
ildönümündə Fəxri
xiyabandakı məzarı
mədəniyyət və
incəsənət xadimləri,
Bəstəkarlar İttifaqının
üzvləri tərəfindən
ziyarət olunub.
Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti Firəngiz Əlizadə bildirib ki, Tofiq
Quliyev Azərbaycan musiqisində böyük xidmətləri olan sənətkarlardandır. O, ilk caz
orkestrinin yaradılmasında
fəal iştirak edib. Filarmoniyanın bədii rəhbəri,
direktoru olub. Ümumilikdə 80-dən artıq filmə, 50-yə yaxın
teatr tamaşasına musiqilər yazıb.
Bu musiqilər xalqımızın
yaddaşında silinməz
iz qoyub:
“Həyat elə
gətirib ki, Tofiq müəllimlə uzun illər Bəstəkarlar İttifaqında
birlikdə çalışmışıq. O, hər
zaman bəstəkarlara
dəstək olurdu. Ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına
böyük qiymət
verib, sənətkara Azərbaycanın “İstiqlal”
ordenini şəxsən
təqdim edib. Bu gün bəstəkarın
xatirəsi əbədiləşdirilib.
Adına
musiqi məktəbi, küçə var, yaşadığı binaya
xatirə lövhəsi
vurulub. Prezident İlham Əliyevin
imzaladığı sərəncamla
bəstəkarın 100 illik
yubileyi böyük təntənə ilə dövlət səviyyəsində
qeyd olunub”.
Bəstəkarlar İttifaqının üzvləri
görkəmli musiqi xadimi ilə bağlı xatirələrini
bölüşüblər.
Tədbirin sonunda bəstəkarın
oğlu – Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə
qatılan hər kəsə təşəkkürünü bildirib.
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.2.