Ölkəmiz Aşqabadda
sərgi-yarmarkada təmsil olunub
Türkmənistanın paytaxtı Aşqabadda XIII Beynəlxalq Kitab Sərgi-Yarmarkası və “Kitab əməkdaşlıq və tərəqqi yoludur” adlı konfrans keçirilib.
Kitab forumunda 20 ölkədən 70-dən çox şirkətin nümayəndəsi iştirak edib.
Sərgi və konfransda Azərbaycanı “Şərq-Qərb” və “LitterPress” nəşriyyatı təmsil edib.
Stendlərdə bədii ədəbiyyat, uşaq nəşrləri, lüğətlər, incəsənət haqqında yeni çoxcildlik, dərsliklər təqdim olunub.
XIII Beynəlxalq Kitab Sərgi-Yarmarka və konfransın rəsmi bağlanış mərasimində iştirakçılara diplomlar təqdim edilib.
Xatırladaq ki, 2019-cu il Müstəqil Dövlətlər Birliyində
“Kitab ili” elan olunub.
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.8.