Gənc rəssamlarımızın
Qazaxıstanda uğuru
Qazaxıstanın Xarici İşlər Nazirliyində “Qazaxıstan dünya uşaqlarının gözü ilə” adlı beynəlxalq rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
İlk dəfə keçirilən müsabiqəyə Azərbaycan, Belarus, İtaliya, Qazaxıstan, Rusiya, Türkiyə, Yaponiya və digər ölkələrdən 7-16 yaş arasında rəssamlar 400-dən çox əl işi təqdim ediblər.
Azərbaycandan Fidan Muradova Qran-pri, Dəniz Abuşeva birinci yer, Aysu Məmmədli isə üçüncü yeri qazanıb.
“Qazaxıstan xalqının nağılları və əfsanələri”, “Qazaxıstan tarixi”, “Qazaxıstanın mənzərələri”, “Qazaxıstanın müqəddəs yerləri”, “Xalq bayramları” və “Qazaxıstan xalqının adət və ənənələri” kimi mövzuların təklif olunduğu müsabiqənin yekununda gənc rəssamların 70-dək əsərinin yer aldığı sərgi açılıb.
Qaliblərə mükafatlar
və təşəkkürnamələr təqdim edən
Qazaxıstan Xarici işlər nazirinin müavini Roman Vasilenko
yarışmanın yaxşı ənənəyə
çevriləcəyinə və
iştirakçıların coğrafiyasının genişlənəcəyinə
ümidvar olduğunu bildirib.
Mədəniyyət.- 2019.- 8
noyabr.- S.8.