Kitabxanada İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə noyabrın 5-də Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirin aparıcısı ədibin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, ölkə başçısının müvafiq sərəncamı ilə bu il görkəmli nasir, ədəbiyyatşünas, pedaqoqictimai xadim İsmayıl Şıxlının 100 illiyi silsilə tədbirlərlə qeyd olunur.

Yazıçının oğlu Elçin Şıxlı çıxış edərək atası haqqında xatirələrini bölüşüb.

İsmayıl Şıxlının eyniadlı romanı əsasında çəkilmiş “Dəli Kür” filmində Mələk obrazını ifa etmiş Əməkdar artist Zemfira Sadıqova çıxış edərək bildirib ki, bu rol onun kino həyatında ilkuğurlu işidir.

Çıxış edənlər bildiriblər ki, İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir. Tədbir iştirakçıları yazıçının kitablarından və fotoşəkillərindən ibarət sərgi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2019.- 8 noyabr.- S.5.