Bakıda müasir incəsənət
biennalesi
Noyabrın 20-dən 25-dək “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaq. Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq. Həmçinin “Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.
Biennaledə xarici ölkələrdən 40-dan çox rəssamın iştirakı gözlənilir.
Qeyd edək ki,
“Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi ilk dəfə
2003-cü ildə keçirilib.
Mədəniyyət.- 2019.- 15 noyabr.- S.2.