Akademik Musiqili Teatrda “Paris Notr-Dama ithaf

 

 

 

Noyabrın 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mövsümün ilk premyerası – Viktor Hüqonun “Paris Notr-Dam kilsəsiromanının motivləri əsasında librettosu quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaftamaşası təqdim olunub.

Tamaşanın ideya müəllifi bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Səhnə əsəri tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından sayılan Paris Notr-Dam kilsəsində bu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan “Paris Notr-Dam kilsəsiromanı indiyə qədər dünyanın bir çox teatrlarında, müxtəlif rejissorların yozumlarında dəfələrlə səhnələşdirilib.

Tamaşada “Notre-Dame de Paris” müziklinə görəGinnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin dünya şöhrətli bəstəkarlarınRixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin musiqilərindən istifadə edilib.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlərZakir Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Rolları Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlarMehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı və başqaları ifa edirlər.

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.2.