Cizgi filmlərimiz Polşada
göstərilib
Polşanın Lodz şəhərində “StopTrik” adlı beynəlxalq animasiya film festivalı keçirilib. Festivalda ölkəmizi “Animafilm” kinostudiyası təmsil edib.
“Animafilm” kinostudiyasının direktoru Rəşid Ağamalıyev çıxış edərək iştirakçılara ölkəmizin animasiya tarixi barədə məlumat verib.
Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Sadiq Babayev çıxış edərək festivalın təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib. O, “Animafilm” studiyasına səfirlik adından təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Festivalda nümayiş olunan “Cırtdan”, “Tıq-tıq xanım”, “İthaf” və digər Azərbaycan cizgi filmləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Tədbirdə, eyni zamanda səfirlik tərəfindən
hazırlanmış Azərbaycanın tarixi,
mədəniyyəti və Qarabağ
münaqişəsinə dair nəşrlər
ayrıca masada təqdim edilib.
Mədəniyyət.- 2019.- 15 noyabr.- S.3.