Yubilyar pult arxasında

 

 

Dirijor Yalçın Adıgözəlovun 60 illiyi konsert proqramları ilə qeyd edilib

 

Tanınmış dirijor, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun 60 illiyi münasibətilə noyabrın 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert keçirilib.

Konsertdə yubilyar maestronun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Konsertdən əvvəl səhnəyə çıxan Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, belə gözəl gündə bu möhtəşəm mədəniyyət ocağında Yalçın Adıgözəlovun yaradıcılığına nəzər salmaq olduqca xoşdur. O, dirijoru yubileyi münasibətilə təbrik edib və Azərbaycan Prezidenti İlham Əliyevin Yalçın Adıgözəlovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncamını oxuyub. Nazir bildirib ki, bu sərəncam dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən diqqət və qayğının göstəricisidir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Yalçın Adıgözəlova təbriki oxunub.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, filarmoniya hər zaman azərbaycanlıların qəlbində doğma məkan olub. Bu səhnədə görkəmli sənətkarlar insanların qəlbini fəth edib. Bildirib ki, Yalçın Adıgözəlovdan əvvəl bu səhnədə onun babası Zülfü Adıgözəlov çıxış edib. Qeyd edib ki, Yalçın Adıgözəlov mükəmməl sənət məktəbi keçməklə bərabər, ömrünün iyirmi ilini pedaqoji fəaliyyətə həsr edib, öz davamçılarını yetişdirib.

Sonra konsert proqramı təqdim edilib. Proqramda Dmitri ŞostakoviçinBayram uvertürası”, Asəf ZeynallınınÖlkəm”, Vasif AdıgözəlovunQərənfil”, Moris RavelinDafnis Xloyabaletindən 2 nömrəli süita digər simfonik musiqilər səsləndirilib.

***

Xalq artisti Yalçın Adıgözəlovun yubileyi pedaqoji fəaliyyət göstərdiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da qeyd edilib.

Akademiyanın rektoru, SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli yubilyarı təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətində xidmətlərindən, fəaliyyətindən bəhs edib.

Tədbir konsert proqramı ilə davam edib. Edvard QriqinHolberqsüitası, Bella BartokunRumın rəqsləri”, Yan SibeliusunVals Tristekompozisiyası ifa olunub. Xalq artisti, professor Yeganə Axundovanın ifasında Georgi Sviridovun kamera orkestri üçün musiqisi, solist Tamerlan Adıgözəlovun ifasında Vasif Adıgözəlovun fortepiano orkestr üçün 1 saylı konserti (II hissə), beynəlxalq müsabiqələr laureatı Xəyal Əliyevin ifasında Astor Piatsollanın “Oblivion” əsəri səsləndirilib.

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S.4.