Beynəlxalq qısa filmlər festivalı başa çatdı

 

 Noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış mərasimi keçirildi.

Festivalın direktoru Fehruz Şamıyev bildirdi ki, üç gün ərzində Nizami Kino Mərkəzində müxtəlif ölkələrin rejissorlarının ekran əsərləri nümayiş etdirildi. Vurğulandı ki, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır. Festivala bu il 79 ölkədən filmlər təqdim edilib. Müsabiqə bölmələrində 21 ölkədən 48 film (beynəlxalq müsabiqədə 29, yerli müsabiqədə 19 film) yarışıb.

Sonra festivalınQızıl narmükafatının qalibləri elan olundu. Qaliblərə mükafat diplomlar təqdim edildi.

Tamaşaçı rəğbətidiplomunuAhıllarbədii filmi (rejissorlar Ramin Fərzani Parisa Sədai Azər, İran) Nanuli Qogifilmi (Mariam Aqladze, Gürcüstan) qazandı.

SinemaGənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatlarıAkifbədii filminə (rejissor Harun Baysan, Türkiyə), “Parivaşanimasiya filmi (Əminə Monşizadə, İran) verildi.

Münsiflər heyətinin diplomu”nu – “Əsl bahadırsənədli filmi (rejissor Yelena Poroşina, Rusiya-Estoniya), “Bu gün yoxanimasiya filmi (Marin Ceykob, Belçika), “Son seçimbədii filmi (Amil Məmiyev, Azərbaycan) əldə etdi.

Münsiflər heyətinin xüsusi mükafatı” – “Sonuncu müştəribədii filmi (rejissor Anna Urbançik, Polşa) iləTəxəyyülbədii filminə (Gespəğ Qrani, Belçika) verildi.

Ən yaxşı animasiya filmiƏn yaxşı animasiya rejissorumükafatlarınıQızfilmi rejissor Daria Kaşçiva (Çexiya) qazandı.

Ən yaxşı sənədli film” (“Andın o tərəfi” – Henrik Dalbrinq, İsveç), “Ən yaxşı sənədli film rejissoru” (Hillel Reyt, “Atamın oğlufilmi, İsrail) Ən yaxşı bədii film rejissoru” (İvan Qriqolyunas, “Klava Qraçyovanın üç günü”, Rusiya), “Ən yaxşı bədii film” (“Qardaşlıq”, rejissor Məryam Cubor, Kanada) nominasiyalarında mükafatlar da təqdim edildi.

Yerli müsabiqə üzrə qaliblər ekran əsərləri sırasındaBərəbədii filmi (rejissor Kürçaylı Məmmədov), “Skatbədii filmi (Səddam Mehdiyev), “İki ağacanimasiya filmi (Ruslan İbrahimli) yer almışdı. Ən yaxşı ssenari” (Türkan Zamanova, “Dan yelifilminin ssenari müəllifi), “Ən yaxşı sosial çarx” (“Qız oxusun”, rejissor Günel Qədirova), “Ən yaxşı sənədli film” (“Küy simfoniyası”, Vüsal Hacıyev) Ən yaxşı bədii film” (“Soraq”, rejissor Pərviz Həsənov) mükafatları da sahibini tapdı.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 15 noyabr.- S. 1; 4.