“Balkan
sivilizasiyasının təqdimatı”
Bakıda bolqarıstanlı fotoqrafın sərgisi
Muzey
Mərkəzində tanınmış bolqarıstanlı
fotoqraf İvo Hadjımişevin “Balkan sivilizasiyasının təqdimatı”
adlı fotosərgisi açılıb.
Mərasimdə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov çıxış edərək sərginin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan “Fantaziya” festivalı çərçivəsində açıldığını deyib. Diplomat göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Bakıda ilk dəfə
1973-cü ildə olduğunu deyən İvo Hadjımişev illər sonra fərdi sərgisinin Bakıda təşkilindən
məmnunluğunu bildirib: “Bu
sərgidə 45-dək foto yer alır. Ancaq Balkan sivilizasiyasını bu
qədər foto ilə əhatə etmək
mümkün deyil. Bu, sərgi həm də mədəniyyətin
bir göstəricisidir. Təşkilatçılığa
və dəstəyə görə hər kəsə təşəkkür
edirəm, mehriban insanların əhatəsində
olmaqdan şadam”.
Mədəniyyət.- 2019.- 15 noyabr.- S.8.