Füzuli Dövlət Dram
Teatrında səmimi görüş
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev, digər rəsmi şəxslər Füzuli Dövlət Dram Teatrında olublar. Qonaqları Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müşayiət edib.
Teatrda rayon ərazisindəki hərbi hissənin əsgər və zabit heyətinin, rayon ictimaiyyətinin iştirakı ilə görüş keçirilib. Vətənpərvərlik ruhlu konsert-tamaşa nümayiş olunub.
Qonaqlar Füzuli Dövlət Dram Teatrının mütəmadi olaraq hərbi hissələrdə olmasını və əsgərlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətindəki çıxışlarını yüksək qiymətləndiriblər.
Sonda teatrın
yaradıcı heyəti ilə xatirə şəkli çəkdirilib.
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.3.