Forumda Azərbaycanın mədəniyyət
siyasətindən bəhs edilib
VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində keçirilən “Mədəniyyət dəyərləri bizim üçün və gələcək üçün” mövzusunda panel diskussiyasında Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin sektor müdiri Yaşar Hüseynli spiker qismində iştirak edib.
Sektor müdiri “Azərbaycan Respublikasında mədəni dəyərlərin qorunması” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətindən bəhs edən məruzəçi mədəni dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində, o cümlədən mədəni irs, peşəkar incəsənət və mədəni sənayelərin dəstəklənməsində qanunvericilik, inzibati, maliyyələşdirmə, informativ, kadr, infrastruktur və beynəlxalq təminat mexanizmlərinin rolundan söz açıb.
Məruzədə həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində milli və bəşəri mədəniyyət sərvətlərimizin məhv edilməsinə dair faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Ölkəmizdə həyata
keçirilən mədəniyyət siyasətinin beynəlxalq
aləmdə əldə olunan nəticələri
barədə də danışan Yaşar
Hüseynli Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə 2008-ci ildə irəli sürülən və beynəlxalq
birlik tərəfindən yüksək
qiymətləndirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” haqqında da geniş məlumat verib.
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.5.