Bədii təhsildə idarəetmə və
inkişaf
Forumun “Təhsil” bölümü çərçivəsində N.P.Akimov adına Sankt-Peterburq Dövlət Akademik Komediya Teatrında “Uşaq incəsənət məktəbi – 2019: təhsil, idarəetmə, inkişaf” mövzusunda konfrans keçirilib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli Sankt-Peterburq Mədəniyyət Komitəsinin sədri K.E.Suxenkonun dəvəti ilə konfransın işinə spikerlik edib.
Konfransın ilk günündə Əziz Qarayusiflinin “Azərbaycan Respublikasının mədəni siyasəti kontekstində uşaq incəsənət məktəblərinin inkişafı” mövzusunda məruzəsi böyük maraqla dinlənilib.
Konfransın məqsədi uşaq incəsənət məktəblərinin
inkişafında aktual problemlərin aradan qaldırılması məsələlərinin
müzakirəsi üçün peşəkarlıq
baxımından açıq meydanların yaradılmasına,
effektli pedaqoji və
idarəçilik təcrübəsinin yayılmasına kömək
etməkdir.
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.5.