Kəlağayı sənətinin gənclər arasında təbliği

 

 

 

“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyinin Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyiUNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmış milli kəlağayı sənətinin gənclər arasında təbliği” layihəsi üzrə paytaxtdakı 82 saylı tam orta məktəbdə ilk təlim keçirilib.

Tədbirdə məktəbin müəllim heyəti və 50 nəfər şagird iştirak edib.

Layihənin təlimçisi Vüsal Ömərov layihənin məqsədi haqqında məlumat verib. Qeyd edib ki, xalça və kəlağayı sənətləri Azərbaycan xalqının milli mədəniyyətinin əvəzsiz nümunələrindəndir.

Təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Sonda təlimdə fəal iştirak edən şagirdlərə ictimai birlik tərəfindən hazırlanmış sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.6.