Açıq kitabxana”da Nəsimi irsi
Noyabrın 19-da Milli Kitabxananın
nəzdində fəaliyyət
göstərən “Açıq
kitabxana”da görkəmli
Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin
650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir
QHT-lərə Dövlət
Dəstəyi Şurasının
yardımı ilə həyata keçirilən
layihə üzrə
“Aytam” Uşaqların
Mədəni Maarifləndirilməsi
İctimai Birliyi və Milli Kitabxananın
birgə təşkilatçılığı
ilə reallaşıb.
Kitabxananın direktor müavini
Ədibə İsmayılova,
“Aytam” Uşaqların
Mədəni Maarifləndirilməsi
İctimai Birliyinin sədri Aygün Zamanlı, “Azərbaycan-İraq
Mədəni Əlaqələri”
İctimai Birliyinin sədri Tahirə Məmmədova, heykəltəraş
Mustafa Taner və başqaları Nəsiminin
zəngin yaradıcılığı
haqqında danışıblar.
Nərimanov rayonu 45 nömrəli
tam orta məktəbin
şagirdləri Nəsiminin qəzəllərindən ibarət
kompozisiya ilə çıxış
ediblər.
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.2.