Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi

 

 

Noyabrın 16-da Heydər Əliyev Sarayında unudulmaz müğənni, Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib.

Gecədə Şövkət Ələkbərovanın yaradıcılığından söz açılıb, sənətkarın zəngin repertuarından nümunələr – muğamlar, xalq və bəstəkar mahnıları, filmlərdən musiqilər tanınmış müğənnilərin ifasında səsləndirilib.

Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova və başqa müğənnilər görkəmli sənətkar haqqında xatirələrini bölüşüblər. “Biz o xoşbəxt insanlardanıq ki, Şövkət Ələkbərovanın sinfində dərs almışıq. Görkəmli sənətkarımız bizə bu sənətin sirrini öyrətməklə yanaşı, həm də analıq nəvazişi göstərib”, - deyə Gülüstan Əliyeva bildirib.

Konsertdə xalq artistləri GülyazGülyanaq Məmmədovalar, Nazpəri Dostəliyeva, Aygün Bayramova, əməkdar artistlər Bəyimxanım Vəliyeva, Arzu Əliyeva, gənc xanəndələr Vəfa Vəzirova, Aytən Məhərrəmova və başqaları çıxış ediblər. Proqramda “Məhəbbət”, “Bakının işıqları”, “Arzuya bax sevgilim”, “Sevgilim, tut əlimdən”, “Dərələr” və digər mahnılar səslənib.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri və Gülarə Əliyeva adına “Dan ulduzuinstrumental ansamblı müşayiət edib.

Gecədə Şövkət Ələkbərovanın ifasından Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılan lent yazıları da nümayiş olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 20 noyabr.- S.8.