“Mən
bir susmaz duyğuyam ki...”
Finlandiyanın paytaxtı Helsinkidə
Azərbaycanın böyük
mədəniyyət xadimi,
dramaturq, şair, yazıçı Cəfər
Cabbarlının 120 illik
yubileyi münasibətilə
“Mən bir susmaz duyğuyam ki...” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi,
Skandinaviya Azərbaycanlılarının
Finlandiya üzrə Koordinasiya Şurasının
əlaqələndiricisi Ülviyyə
Cabbarovanın təşkilatçılığı
ilə gerçəkləşib.
Ədibin nəvəsi, Cəfər
Cabbarlının ev-muzeyinin
direktoru Qəmər Bağırova tədbir iştirakçılarına görkəmli
dramaturqun həyat və yaradıcılığı
barədə məlumat
verib.
Sonra Cəfər
Cabbarlının ömür
yolundan və yaradıcılığından bəhs edən videoçarx nümayiş
olunub. Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının
şeirlərinə bəstələnmiş
mahnılar səslənib.
Müğənnini İsveçdən gələn “Qarabağ” rəqs qrupu müşayiət edib.
Tədbir Helsinkidə yaşayan azərbaycanlılarla yanaşı,
yerli sakinlər və bu ölkədə
fəaliyyət göstərən
rus və türk diaspor nümayəndələri tərəfindən
maraqla qarşılanıb.
Tədbirin sonunda Qəmər
Bağırova Finlandiya-Azərbaycan mədəni əlaqələrinin
inkişafı və Azərbaycan ədəbiyyatının təbliğində
xidmətlərinə görə Ülviyyə Cabbarovaya diplom təqdim edib. Skandinaviya Azərbaycanlılarının Koordinasiya
Şurasının əlaqələndiricisi və Azər-Türk
Gənclər Birliyinin sədri Ülviyyə
Cabbarova isə yubiley
mərasimində fəal iştirak etdiklərinə
görə Emil Mahanenə, Mona Sovajifara, Nəzrin
Ələkbərliyə və Nuray Jasmin Turunenə təşkilat adından sertifikatlar təqdim edib.
Mədəniyyət.- 2019.- 20
noyabr.- S.8.