“Azərbaycan
ailəsi” festivalı
başa çatıb
Ailə
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun təşkilatçılığı
və Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə gerçəkləşən
XI “Azərbaycan ailəsi”
film festivalına yekun
vurulub.
Noyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində XI “Azərbaycan
ailəsi” film festivalı
və festival çərçivəsində
təşkil olunan “Həyatdan şəklə”
fotomüsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Təqdim olunan işlər elm və mədəniyyət
xadimlərindən ibarət
münsiflər heyəti
tərəfindən qiymətləndirilib
və qaliblər müəyyən edilib.
Mərasimdə çıxış edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qurum
ailə institutunun möhkəmləndirilməsi, qadın
və uşaq hüquqlarının qorunması
istiqamətində bir
sıra layihələr
reallaşdırır: “11-ci dəfə keçirilən
film festivalı da onlardan biridir. İldən-ilə iştirakçılarının
sayı artan festival artıq beynəlxalq status
qazanmağa başlayır”.
Komitə sədri qeyd edib ki, ailə
vətəndaş cəmiyyətinin
əsası, insanın
ilk sosial mühitidir. Bu institutun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsi,
inkişafı deməkdir.
Bu sahədə dövlət siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla
inkişaf etdirilir.
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş
müşaviri Fərid
Babayev çıxışında
komitənin gördüyü
işlərə görə
minnətdarlığını bildirib və birgə əməkdaşlıqdan
məmnunluğunu ifadə
edib.
Münsiflər heyəti adından Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
sədri, Xalq artisti Şəfiqə Məmmədova qeyd edib ki, festival yaratmaq asan, onu yaşatmaqsa çətindir. Layihə çərçivəsində
ailə anlayışı
ilə bağlı mövzular hüdudsuzdur.
Burada mədəniyyət, təhsil,
sağlamlıq və
digər sahələrin
önündə ailə
institutunun gəldiyi göstərilir.
Mərasim mükafatlandırma ilə
davam edib. “Ən yaxşı bədii film”,
“Ən yaxşı sənədli film”, “Ən
yaxşı tələbə
filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı sənədli
film”, “Sosial şəbəkədə
ən çox bəyənilən film”, “Ən
yaxşı fotoşəkil”
nominasiyaları üzrə
qaliblər təltif edilib. Əsas nominasiyalarla yanaşı,
qarşıya qoyulan mövzuları əks etdirən, ictimaiyyətin diqqətini çəkə
biləcək bir neçə film də mükafatlandırılıb. Ümumilikdə 14 iştirakçı təltif edilib.
Qeyd edək
ki, martın 1-də başlayan festivala 49 film təqdim edilib. Ümumilikdə
isə 11 il ərzində müsabiqəyə
345 rejissorun 386 filmi, o
cümlədən 42 xarici
(Türkiyə, Rusiya,
Belarus, Ukrayna, İran,
Bolqarıstan, Özbəkistan,
Almaniya, Macarıstan, İsveç, Qırğızıstan,
Mərakeş və Fransa) film və 144 fotoqrafın 527 foto işi təqdim edilib.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 22
noyabr.- S.1;2.